...

Olimpiya mükafatçısı Fuad Aslanov hakim karyerasına başlayıb

Cəmiyyət Materials 23 Dekabr 2006 13:31 (UTC +04:00)

Afinada keçirilən olimpiadanın burunc mükafatçısı, boksçu Fuad Aslanov hakim karyerasına başlayıb.

İdmançının özünün Trend ə bildirdiyinə görə, bu il fəal karyerasını başa vuraraq tədricən beynəlxalq kateqoriyalı arbitr adını almaq niyyətindədir. O bildirib: "Bu yaxınlarda əməkdar məşqçi Abbas Ağalarovun xatirə turnirini aparmışam, perspektivdə ölkə çempionatında işləmək gözlənilir, daha sonra ixtisasımı artırmaq üçün Ümumdünya Həvəskar Boks Assosiasiyasının egidası altında keçirilən seminarlarda iştirak etmək niyyətindəyəm. Ona görə demək olmaz ki, idmanı tərk etmişəm".

O həmçinin vurğulayıb ki, fəal iştiraklardan sonra hakimliyə keçmiş yığma üzrə həmkarı Rövşən Hüseynovun getdiyi yolla gedəcək.

Xəbər lenti

Xəbər lenti