...

Futzal üzrə Azərbaycan yığması Türkiyəni yoldaşlıq görüşündə məğlub edib

Cəmiyyət Materials 27 Dekabr 2006 12:12 (UTC +04:00)

Futzal üzrə Azərbaycan yığması İdman Sarayında keçirilən birinci yoldaşlıq görüşündə Türkiyəni 4:2 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, görüş meydan sahiblər üçün uğurlu başlamayıb, birinci hissəsinin sonunda Hakan Tanın vurduğu zərbə qolla nəticələnib. Lakin fasilədən sonra komanda təşəbbüsü öz əlinə alaraq bir neçə dəqiqə ərzində Rüfət Balakişiyevin zərbəsindən sonra hesabı bərabərləşdirib, daha sonra Rizvan Fərzəliyevin vurduğu zərbə ilə hesabda irəli çıxıblar.

Lakin türklər H.Tanın zərbəsi ilə yenə hesab bərabərliyinə nail olublar. Bundan sonra türklər yanlış olaraq öz qapılarına qol vurublar. Yekun hesab isə "Araz"ın forvardı Ağatahir Əzimovun qolla nəticələnən zərbəsindən sonra müəyyən edilib - 4:2, Azərbaycan yığmasının xeyrinə.

Xəbər lenti

Xəbər lenti