Milli Televiziya və Radio Şurası gələn ilin ilk ayında iki regional telekanalın - "Lənkəran TV" və Zaqataladakı "Aygün TV"nin lisenziya müddətinin uzadılması məsələsinə baxacaq. Bu barədə Trend ə Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
Onun bildirdiyinə görə, yanvar ayında Şuranın növbəti iclası keçiriləcək, bu il baxılmamış qalan məsələlər müzakirəyə çıxarılacaq. Lisenziya müddəti uzadılmamış qalan iki telekanal - "Lənkəran TV" və "Aygün TV"nin sənədləri bir daha gözdən keçiriləcək, müvafiq qərar çıxarılacaq. Həmçinin ANS-in tezliyinə elan olunmuş müsabiqədə sənəd qəbulunun yekunları da müzakirə oluna bilər. Fevralın 5-dək Şura ANS-in tezliyinin qalibi barədə qərarını elan edəcək.
Azərbaycanda yayımlanın xarici radioların lisenziya məsələsinə isə gələn il baxılmayacaq. Onlar 2007-ci il ərzində öz tezliklərində sərbəst yayım aparacaqlar.