...

"Teatr və teatr fəaliyyəti haqqında" qanun qəbul olunub

Cəmiyyət Materials 29 Dekabr 2006 17:49 (UTC +04:00)

Milli Məclisin dekabrın 29-da keçirilən iclasında əvvəlcə bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub və qəbul edilib. Trend in məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, "Hərbi xidmət keçmə haqqında" qanuna texniki xarakterli dəyişiklik edilib. Belə ki, "vətəndaş vəziyyətlərinin qeydiyyyatı" fikrinə "dövlət" sözü əlavə olunub.

Sonra "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının proflaktikası haqqında" qanuna əlavə və dəyişiklik edilib.

"Əmanətlərin sığotalanması haqqında" qanun da ikinci oxunuşda qəbul olunub. Qanun haqqında parlamentin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib.

Qanuna görə, banka 4000 manatdan çox vəsait qoyan şəxs bank iflasa uğrayacağı təqdirdə həmin əmanəti geri alacaq. 4000 manatadan yuxarı vəsait qorunan əmanət sayılacaq. Bankların hamısı Dövlət Sığorta Fondunda birləşdiriləcək və həmin fonda müəyyən vəsait köçürəcəklər. Bank iflasa uğrasa, əmanətçi 90 gün ərazində banka qoyduğu vəsaiti geri götürə biləcək. 2010-cu ildən sonra isə qorunan əmanət 4000 manatdan 8000 manata qaldırılacaq.

İclasda iştirak edən Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qanunun qəbul olunmasının vacibliyini bildirib.

"Teatr və teatr fəaliyyəti haqqında" qanun üçüncü oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib. Rəqabət Məcəlləsi də qəbul olunub.

Xəbər lenti

Xəbər lenti