...

Mingəçevir ŞPİ əməkdaşlarının məhkəməsinə hazırlıq iclası keçiriləcək

Cəmiyyət Materials 13 Yanvar 2007 11:51 (UTC +04:00)

Yanvarın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Nüşabə Ağayevanın sədrliyi ilə Mingəçevir Şəhər Polis İdarəsinin üç əməkdaşının məhkəməsinə hazırlıq iclası keçiriləcək. Bu barədə Trend ə hakim məlumat verib.

Məhkəmə qarşısında ŞPİ-nin cinayət axtarış bölməsinin rəisi İlqar Abbasov, əməliyyat müvəkkili Elçin Musayev və polis nəfəri Ramiz Murğuzov dayanacaq. Polis əməkdaşları Mingəçevir şəhər sakini olan Qarabağ müharibəsi əlili Rasim Əlişovun ölümündə təqsirli bilinirlər.

Cinayət işi üzrə ibtidai istintaqı Mingəçevir şəhər Prokurorluğu aparıb və müəyyən olunub ki, vətəndaş cinayət axtarış şöbəsinin rəisi İlqar Abbasovun xidməti otağında qanunsuz saxlanılarkən dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti