...

Hacı Məmmədova hökm oxunuşu bu gün başa çatmayıb

Cəmiyyət Materials 17 Yanvar 2007 18:17 (UTC +04:00)

Yanvarın 15-də saat 12:00-da Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyev DİN baş cinayət axtarış idarəsinin keçmiş baş əməliyyət müvvəkili Hacı Məmmədov və onun başçılıq etdiyi mütəşəkkil bandanın hökmünü elan etməyə başlayıb. Bu barədə Trend xəbər verir.

Öz tərkibində DİN baş cinayət axtarış idarəsinin keçmiş rəisi Zakir Nəsirov, idarənin şöbə rəisi Kamil Sədrəddinov, daxili işlər orqanında çalışmış digər şəxsləri birləşdirən bandanın məhkəməsi 2006-cı ilin avqust ayında start götürüb.

Məhkəmə yolu ilə təsdiqlənib ki, banda üzvləri "Azərnəqlsənaye" Dövlət Konsernin direktoru Nazim Paşayevin və onun sürücüsü Namiq Abbasovun, DİN narkotiklərlə mübarizə idarəsinin şöbə rəisi Azər İsmaylovun oğurlanıb öldürülməsində, AFFA-nın vitse - prezidenti Fətulla Hüseynovun, Respublika Prokurorluğunun idarə rəisi Rövşən Əliyevin və s. şəxslərin qətlində, bir neçə şəxsin tamah məqsədilə oğurlanmasında iştirak edib.

Bu gün günün sonunadək hökmün oxunuşunu başa çatdırmaq mümkün olmadığından hakim onu sabah saat 10-da davam etdirəcək. Sabah məhkəmənin yekunlaşacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti