...

Avropa Çempionatının birinci günündən sonra Azərbaycan fiqurlu konki sürənləri səkkizinci yerdədirlər

Cəmiyyət Materials 24 Yanvar 2007 13:56 (UTC +04:00)

Azərbaycanın rəqs cütlüyü Kristin Freyzer - İqor Lukanin fiqurlu konkisürmə üzrə Varşavada keçirilən Avropa Çempionatının birinci gününun nəticələrinə əsasən səkkizinci yerdə qərar tutublar.

"azerisport.com" bildirir ki, məcubri proqramın yerinə yetirilməsinə görə Olimpiadanın üçqat çempionları hakimlərdən 29,69 xal alıblar və beləliklə, 21 dueti qabaqlayıblar. O cümlədən rusiyalı Yekaterina Rubleva və İvan Şeferi, fransızlar Pernel Karron - Matye Jostu, Ermənistanı təmsil edən Anastasiya Qrebenkina və Vazqena Azroyanfı və bir çox başqalarını geridə qoyublar.

Liderliyi isə rusiyalı Oksana Domnina - Maksim Şabalin və bolqar fiqurlu konki sürənlər Albena Denkova və Maksim Staviskini geridə qoyan fransız cütlüyü İzabel Delobel - Olivye Şelfelder tutub.

Xəbər lenti

Xəbər lenti