...

Azərbaycan əhalsinin dövlət reyestrinin formalaşdırılması və inkişafı üzrə ilkin mərhələ bu ilin avqustunda yekunlaşacaq

Cəmiyyət Materials 30 Yanvar 2007 20:55 (UTC +04:00)

Əhalinin dövlət reyestrinin Respublika vətəndaş vəziyyətlərinin elektron bazasının formalaşdırılması və inkişafı üzrə ilkin mərhələ bu ilin avqustunda yekunlaşacaq. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin dövlət reyestri idarəsinin direktoru vəzifəsini icra edən Mehdi Nəcəfov məlumat verib.

2006-cı ildə "Azərbaycan Respublikasının dövlət reyestrinin formalaşdırılması və inkişafı" layihəsi çərçivəsində dövlət reyestri informasiya sisteminin konseptual planının və ADS-nin arxiv məlumatlarının elektron kitab şəklində tərcüməsi üçün texniki variantlar işlənib hazırlanıb. Müvafiq məlumatların elektron formata tərcüməsi üçün tender keçirilir. Tenderi "Halal" şirkəti udub.

Birinci layihənin həyata keçirilməsi İlham Əliyevin ötən ilin 2 avqust tarixində "Azərbaycan Respubliksı əhalisinin dövlət reyestri" haqqında qanunu ilə əlaqədardır.

BMT-nin inkişaf proqramı ilə əməkdaşlıq sərçivəsində həyata keçirilən layihənin məqsədi fiziki və hüquqi şəxsləri lazımi məlumatla təchiz etmək, əhalinin müxtəlif təbəqələri üzrə informasiya sistemi aparan, vətəndaşlar haqqında şəxsi məlumat formalaşdıran, həmçinin ölkə əhalisinin vəziyyəti və tərkibi ilə məşğul olan dövlət orqanlarının fəaliyyətinin effektliyini yuksəltməkdir.

Dövlət reyestrinə avtomatlaşdırılmış axtarış-informasiya sistemi, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin respublika elektron məlumatlar bankı daxildir.

Xəbər lenti

Xəbər lenti