...

Azərbaycanın Taekvondo Federasiyası WTF üçün himnin yaradılmasına yardım edəcək

Cəmiyyət Materials 6 Fevral 2007 13:03 (UTC +04:00)

Azərbaycanın Taekvondo Federasiyası (ATF) Ümumdünya Federasiyasına (WTF) öz himnini yaratmaqda yardım edə bilər.

ATF prezidentinin birinci müavini Füzuli Musayevin Trend ə verdiyi xəbərə görə, WTF öz himni üçün müsabiqə elan edib. ATF də onun yaradılmasına əlindən gələn töhvəni vermək qərarına gəlib. Federasiya Ümumdünya Federasiyası rəhbərliyinin xahişi ilə beynəlxalq təşkilatın qərargahına öz kompozisiyasını göndərib. Həm də ATF-in himnini bir neçə il bundan əvvəl F.Musayevin özü bəstələyib və bu himn respublikada keçirilən taekvondo üzrə demək olar ki, bütün əhəmiyyətli yarışlarda, o cümlədən, 2004-cü il lisenziya turnirində, 2005-ci il gənclər arasında Avropa birinciliyində, ötən il Bakıda Açıq çempionatda və hətta ölkə birinciliyində də səslənib.

Xəbər lenti

Xəbər lenti