...

FİFA-nın azərbaycanlı arbitri 2008-ci il Avropa çempionatının seçim oyununda iştirak edəcək

Cəmiyyət Materials 15 Fevral 2007 15:10 (UTC +04:00)

FİFA arbitri Vüsal Əliyev 2008-ci il Avropa çempionatının Kişinyovun Respublika stadionunda keçiriləcək Moldova və Malta arasında seçim oyununa UEFA-dan növbəti təyinatını alıb.

AFFA-dan Trend ə verilən xəbərə görə, V.Əliyev mütəmadi olaraq beynəlxalq oyunlara cəlb olunur və UEFA-da yaxşı hesabdadır. Bu zaman həmin görüşə təyinat onun üçün bu il ilk olacaq. Görüşün isə kifayət qədər prinsipial olacağı gözlənilir, belə ki, moldavanlar cəmi bir xal toplayaraq, öz qruplarında sonuncu yerdədirlər. Malta isə üç xalla Macarıstanı da qabaqlayaraq, beşinci yerdə qərarlaşıb.

Qeyd etmək lazımdır ki, qrupdakı liderliyi Türkiyə və Avropa çempionu Yunanıstan ələ keçirib, onların hər birinin hesabında doqquz xal var.

Xəbər lenti

Xəbər lenti