...

Martda havanın orta aylıq temperaturu bir qədər yüksək olacaq

Cəmiyyət Materials 1 Mart 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynli/Mart ayında havanın orta aylıq temperaturunun çoxillik göstəricilərə yaxın və bir qədər yüksək olacağı proqnozlaşdırılır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru Umayra Tağıyeva məlumat verib. U.Tağıyeva bildirib ki, martın ilk günlərində nisbətən sabit, mülayim hava şəraiti gözlənilsə də, birinci ongünlüyün ikinci yarısında və ayın ortalarında havanın dəyişiləcəyi, qeyri sabit keçəcəyi, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir. Üçüncü ongünlükdə isə hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperatur rejiminin tədricən yüksələcəyi proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti