...

Naxçıvanın orta ümumtəhsil məktəblərində Mülki Müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyət proqramı imzalanıb

Cəmiyyət Materials 2 Mart 2007 10:59 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvan MR Fövqaladə Hallar Nazirliyi (FNH) ilə Naxçıvan MR Təhsil Nazirliyi arasında orta ümumtəhsil, texniki-peşə məktəbləri və litseylərdə Mülki Müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyət proqramı imzalanıb. Bununla bağlı Naxçıvan şəhərində konfrans keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan MR Təhsil naziri Piri Nağıyev orta ümumtəhsil məktəblərində MM işinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Muxtar Respublikanın yerləşdiyi coğrafi mövqe, ərazidə fövqaladə hadisələrin başvermə ehtimalının daha da artdığını deyən Piri Nağıyev bildirib ki, bu fənni tədris edən müəllimlərin biliklərinin artırılması, MM və digər ixtisaslaşdırma kurslarının təşkili diqqət mərkəzində saxlanılmalıdır. Konfransda Naxçıvan MR fövqaladə hallar naziri Şamı Abdullayevin rəhbərlik etdiyi nazirliyin maddi texniki bazasının möhkəmləndirilməsindən, MM fənninin orta ümumtəhsil məktəblərində daha ciddi şəkildə tədris edilməsinin vacib olduğunu deyib.

Tədbirdə hər iki nazirlik nümayəndələrinin məsələ ətrafında məruzələri dinlənilib. Birgə fəaliyyət proqramı oxunulduqdan sonra proqramın imzalanma mərasimi keçirilib. Sonda konfransa dair videomateriala baxış keçirilib, FHN-nin orqanı olan "Fövqaladə hal" qəzeti və "Təhlükəsiz həyat" jurnalı konfrans iştirakçılarına təqdim edilib.

Xəbər lenti

Xəbər lenti