...

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi mülki cavabdehlərin və şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 12 Mart 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Martın 11-də keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi mülki cavabdehlərin və şahidlərin dindirilməsi ilə davam edib. Əvvəlcə "Zamiq" firmasının əməkdaşları Firuddin İbadov, Nazim İsmayılov mülki cavabdeh qismində dindiriliblər. Sonra Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun müəllimi ifadə verib. O, ifadəsində göstərib ki, institutun ərazisində olan qaraj Səhiyyə Nazirliyinin səlahiyyətli əməkdaşı Vəkil Abbasov tərəfindən özəlləşdirilib. V.Abbasov qeyd edib ki, bunu keçmiş səhiyyə nazirinin göstərişi ilə edib.

Qeyd edək ki, V.Abbasov da Səhiyyə Nazirliyinin balansında olan obyektlərin qeyri-qanuni özəlləşdirməsi ilə bağlı ittiham olunur və Ə.İnsanovla bərabər mühakimə edilir.

Sonra Ə.İnsanova verilmiş qanunsuz özəlləşdirmə ilə bağlı ittihamların araşdırılması üçün şahidlər Famil Abdullayevin, Eldar Sadıqovun, Ələddin Muxtarovun, Əlimusa Musayevin dindirilməsi keçirilib. Daha sonra Ə.İnsanov köhnə vəsatətlərini məhkəmə qarşısında bir daha təkrarlayıb. Bu vəsatətlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin və Prezident Aparatı humanitar şöbəsinin müdiri Fatma Abdullazadənin məhkəmə iclasına əlavə şahid qismində dəvət olunması ilə əlaqədardır. Hakim bildirib ki, bu vəsatətə məhkəmənin gələcək iclaslarında baxıla bilər. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti