...

ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycan media orqanlarının rəhbərləri ilə görüşüb

Cəmiyyət Materials 29 Mart 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan ABŞ-ın ATƏT-dəki səfiri Culi Finli Azərbaycanın media orqanlarının rəhbərləri ilə görüş keçirib. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Görüş martın 29-da ABŞ-ın Azərbaycandakı səfiri E.Dersinin iqamətgahında keçirilib. ABŞ diplomatı ilə görüşdə Mətbuat Şurasının sədri Ə.Amaşov, "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı, "Exo" qəzetinin baş redaktoru Rauf Talışınski, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı və digərləri iştirak ediblər.

Amaşovun bildirdiyinə görə, görüşdə Azərbaycan mediasının bugünkü durumu, uğurları, həmçinin problemləri barədə C.Finliyə məlumat verlib. Mətbuatın inkişaf perspektivləri, problemlərdən çıxış yolları barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti