...

AAK dünya birliyini azərbaycanlıların soyqırımına qiymət verməyə çağırır

Cəmiyyət Materials 29 Mart 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Azərbaycanlıları Konqresi (AAK) dünya birliyini təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktlarına qiymət verməyə çağırır. Bu barədə AAK-ın 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı qəbul etdiyi bəyanatda bildirilir.

AAK-ın prezidenti Natiq Ağamirovun imzası ilə yayılan bəyanatda qeyd olunur ki, XIX əsrin əvvəllərindən etibarən Azərbaycan ərazilərinə köçürülmüş ermənilər həmin dövrdən başlayaraq "böyük Ermənistan" xülyasını reallaşdırmaq məqsədilə torpaqlarımızda kütləvi terror aktları törətdiblər. Erməni terroru nəticəsində hələ 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda minlərlə azərbaycanlı qətlə yetirilib, on minlərlə insan öz vətənindən didərgin salınıb, bu gün də ermənilər eyni metodlarla Azərbaycanın dinc əhalisinə qarşı terror aktları törədirlər.

Sənəddə bildirilir ki, XX əsrin sonlarında SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb, 20 min azərbaycanlı şəhid olub, vətənimizin 20 faiz torpağı işğal edilib: "Beynəlxalq birliyin hadisələrə laqeyd və etinasız münasibəti nəticəsində təcavüzkarlar daha da şirniklənib və daha böyük cinayət - Xocalı soyqırımını törətdiblər. Bütün bunların müqabilində bəzi dövlətlər və beynəlxalq təşkilatlar XX əsrin əvvəllərində baş verdiyi iddia olunan, lakin heç bir tarixi faktlarla təsdiqlənməyən qondarma "erməni soyqırımı" ilə bağlı qərarlar qəbul edir".

Xəbər lenti

Xəbər lenti