...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri ölkədə dini sabitliyin pozulacağını gözləmir

Cəmiyyət Materials 4 Aprel 2007 17:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov ABŞ və İran arasında münasibətlərin gərginləşməsi nəticəsində Azərbaycanda dini sabitliyin pozulmasına təhlükə görmür. Bu barədə o, çərşənbə günü Bakıda jurnalistlərə bəyan edib.

Azərbaycan müstəqil dövlət olaraq öz siyasətini aparır və ölkədəki dini vəziyyət nəzarət altındadır, deyə Dövlət Komitsəinin rəhbəri qeyd edib. "İran Azərbaycana qonşu dövlətdir və biz regionda vəziyyətin daha da gərginləşməsini istəmirik, məsələnin tezliklə sülh yolu ilə həllinin tərəfdarıyıq", - deyə Orucov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti