...

"Müxalifət" qəzetinin iddiasına baxılıb

Cəmiyyət Materials 5 Aprel 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Nəsimi rayon məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin Samir Şərifova qarşı informasiya sorğusuna əsaslı cavab verməməsi ilə bağlı iddiasıüzrə məhkəmə prosesi yekunlaşıb.

Ağazadə cümə axşamı Trend ə bildirib ki, məhkəmə Maliyyə Nazirliyinin ötən il təftiş və yoxlama aparılması nəzərdə tutulan iş planın təqdim olunması barədə cavabdeh qarşısında öhdəlik qoysa da, iş planı məhkəməyə təqdim olunmayıb.

Məhkəmə Ağazadənin iddiasını təmin etməyib. İddiaçı Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti