...

Qeyri-hökumət təşkilatlarının nümayəndələri müvəqqəti saxlama yerlərində monitorinq keçiriblər

Cəmiyyət Materials 6 Aprel 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Demokratiya və İnsan Hüquqları Komitəsi cümə günü Nərimanov Rayon Polis İdarəsinin 17 və 18 saylı bölmələrində və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində monitorinq keçirib. Bu barədə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı müvəqqəti saxlama yerlərinə baxış keçirilib, onların şəraiti, beynəlxalq standartlara uyğunluğu öyrənilib, müvəqqəti saxlanılan şəxslərlə bağlı qeydiyyat kitabına baxış və saxlanılmış şəxslərlə təkbətək görüş keçirilib.

"Saxlanılan şəxslərdən polis tərəfindən hər hansı zorakılığa məruz qalıb-qalmadıqları, prosessual hüquqlarının təmin olunub-olunmadığı soruşulub. Monitorinq zamanı heç bir şikayət daxil olmayıb", -deyə komitə sədri əlavə edib.

Ç.Qənizadə qeyd edib ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasının və Nərimanov RPİ 18 saylı Polis Bölməsinin müvəqqəti saxlama kamerasının şəraiti bütün standartlara cavab verir və yenicə təmirdən çıxıblar.

Monitorinqlər qarşıdakı 10 gün ərzində davam edəcək. Əvvəlcə Bakı şəhərinin polis idarə və bölmələrində, sonra isə ölkənin digər şəhər və rayonlarındakı müvafiq yerlərdə monitorinq aparılacaq.

Ç.Qənizadə qeyd edib ki, monitorinqin nəticələri hər 10 gündən bir ümumiləşdirilərək daxili işlər naziri Ramil Usubova rəsmi məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti