...

Ali Məhkəmə hakimlərinin köməkçiləri olacaq

Cəmiyyət Materials 11 Aprel 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ali Məhkəmənin sədri Ramiz Rzayev bu məhkəmədə fəaliyyət göstərən hakimlərin köməkçiləri ştatının açılması ilə bağlı prezidentə müraciət edib. Ali Məhkəmədən çərşənbə günü Trend ə verilən məlumata görə, ölkə başçısı məsələnin həll olunmasını nəzərdə tutan layihəni qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərib.

Ali Məhkəmədən bildirilib ki, "Məhkəmələr və hakimlər haqqında" qanunda Ali Məhkəmə hakimlərinin köməkçisi ştatının açılması nəzərdə tutulsa da, indiyədək hakimlərin köməkçiləri yox idi. Həmin vəzifəni tutan şəxslər dövlət qulluqçusu hesab olunacaq.

Yaxın gələcəkdə Milli Məclisin bu məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Ali Məhkəmədə hazırda 28 hakim fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti