...

Məhkəmə Eynulla Fətullayevə qarşı iddianı icraata qəbul edib

Cəmiyyət Materials 11 Aprel 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Yasamal rayon məhkəməsində Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib. "Gündəlik Azərbaycan" qəzetindən çərşənbə günü Trend ə verilən məlumata görə, cavabdehin vəkili İsaxan Aşurov çıxış edərək məhkəməyə təqdim olunan materialların, internet səhifələrindən götürülmüş yazıların sübut kimi qəbul olunmasını qeyri-mümkün hesab edib. Həmçinin qeyd edib ki, birinci instansiya məhkəmələrinin hakimləri 2000-ci ildə 5 il müddətinə seçildiyindən onların səlahiyyət müddəti başa çatıb.Bu səbəbdən də səlahiyyəti olmayan hakimlərin işə baxması qanunsuzdur. Cavabdehin etirazları məhkəmə tərəfindən baxılmamış saxlanıb.

Məhkəmənin qərarı ilə iddia icraata qəbul edilib. Növbəti məhkəmə baxışı aprelin 16-a təyin olunub.

İddiaçılar Fətullayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Aprelin 6-da Yasamal Rayon Məhkəməsi Tatyana Çaladzenin şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair mülki iddiası üzrə Eynulla Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.

Xəbər lenti

Xəbər lenti