...

Taekvondo üzrə dünya çempionatını qəbul etmək istəyən Azərbaycanın əsas rəqibi Danimarkadır

Cəmiyyət Materials 17 Aprel 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov/ 2009-cu ildə keçiriləcək taekvondo üzrə dünya çempionatını qəbul etmək istəyən Azərbaycanın əsas rəqibi Danimarka sayılır. Bu barədə Trend ə məlumat verən Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev bildirib ki, dünya çempionatını yüksək səviyyədə keçirmək üçün Azərbaycanın bütün imkanları var. "Lakin Danimarkanın kifayət qədər ciddi üstünlüyü var. İş ondadır ki, 2009-cu ildə Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin Konqresi keçiriləcək. Burada 2012-ci il Oyunlarının proqramı təsdiqlənəcək və olimpiya ailəsindən çıxacaq növlər müəyyənləşdiriləcək. Əlbəttə ki, taekvondo üzrə dünya çempionatının keçirilməsi WTF məmurları üçün göydən düşmə olardı. Yəni bu məsələdə siyasi motivlər var. Bununla belə inanıram ki, Bakı gec-tez ölkəmizdə keçiriləcək mundialın təşkili hüququnu qazanacaq" - deyə Musayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti