...

Bakı sirkinin Gürcüstana qastrol səfəri başlayıb

Cəmiyyət Materials 19 Aprel 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müx. E.Hüseynzadə/

Bakı Dövlət Sirkinin Gürcüstana qastrol səfəri başlayıb. Bu haqda "TrendLife"a sirkin mətbuat xidməti xəbər verib. Sirk orada "Biz Bakıdanıq" proqramı ilə çıxış edir. Bu, mart ayının sonunda Bakıda göstərilmiş tamamilə yeni proqramdır. Proqramın maraqlı olması isə onunla izah olunur ki, ilk dəfədir ki, sirk aktyorları bir arada yığılıb. Bu proqram o qədər uğurlu alınıb ki, bunu gürcü tamaşaçılar da hiss edib və sirki Gürcüstana dəvət ediblər. Bakı sirkinin Gürcüstan qastrolu iyun ayının əvvəllərinə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti