...

Azərbaycanlı jurnalist müayinə üçün Müalicə Müəssisəsinə köçürüləcək

Cəmiyyət Materials 19 Aprel 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ "Azadlıq"ın həbsdə olan əməkdaşı Mirzə Sakit müayinə olunmaq üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülə bilər. Bu barədə Trend ə cümə axşamı Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfaerl Mehdiyev məlumat verib.

Mehdiyev bildirib ki, idarənin mütəxəssisləri cəzaçəkmə müəssisəsində Sakiti müayinə ediblər. İdarə rəisinin sözlərinə görə, Mirzə Sakitin səhhətində ciddi problem olmadığından o, Müalicə Müəssisəsinə köçürülməyib. Sakit yenidən müayinə olunmaq üçün Səhiyyə İdarəsinə müraciət edib. Mehdiyev bildirib ki, hazırda bu məsələ araşdırılır və yaxın günlərdə bununla bağlı qərar qəbul ediləcək. İdarə rəsmisi Sakitin müayinə üçün Müalicə Müəssisəsinə köçürüləcəyini istisna etməyib.

Ötən ilin iyununda həbs olunan Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin 24-də isə Ali Məhkəmədə onun barəsində çıxarılan hökmdən kassasiya şikayəti veriləcək.Ötən ilin iyununda həbs olunan Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin 24-də isə Ali Məhkəmədə onun barəsində çıxarılan hökmdən kassasiya şikayəti veriləcək.

Xəbər lenti

Xəbər lenti