...

Qubada aşkarlanan insan bədəni qalıqlarının bir qismi Respublika Prokurorluğuna gətirilib

Cəmiyyət Materials 23 Aprel 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Quba ərazisində aşkarlanan insan məzarlığındaki qalıqların bir qismi Respublika Prokurorluğunda ekspertiza üçün Bakıya gətirilib. Bu barədə bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseybli məlumat verib.

Onun sözlərinə görə, Respublika Prokurorluğu həmin ərazidə tikinti işləri aparan şirkətin müəyyənləşdirilməsi istiqamətində də araşdırmalar aparır. Müseybli bildirib ki, hələlik adı məlum olmayan həmin şirkət mövcud qanunvericiliyi pozaraq həmin ərazidə tikinti işləri aparmazdan öncə nə Mədəniyyət və Turizm Nazirliyinin, nə də AMEA-nın rəyini almayıb. Müseyblinin sözlərinə görə, institut insan məzarlığında aşkarlanan skiletlərin yenidən islam qaydasında dəfn olunmasının əleyhinədir. Cünki ermənilərin soyqırım faktı törətməsinin sübuta yetirilməsi üçün həmin skiletlər inşa olunacaq abidədə nümayiş edilməlidir.

Xəbər lenti

Xəbər lenti