...

Azərbaycanın Gəncə şəhərində qanvermə kampaniyası keçirilib

Cəmiyyət Materials 23 Aprel 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə bir həftə davam edən qanvermə aksiyasında 30 nəfər iştirak edib. Bu barədə bazar ertəsi məlumat verən Gəncə bölgə Qanköçürmə Mərkəzinin baş həkimi Tahirə Məmmədovanın sözlərinə görə, qanvermə kampaniyası zamanı 14 litr qan yığılıb. Məmmədov bildirib ki, yığılan qanla mərkəzdə qeydiyyatda olan 55 irsi qan xəstəsini bir ay qanla təmin etmək olar.

Onun sözlərinə görə, bu dəfəki aksiyada bir qədər artıq fəallıq olub. Belə ki, ötən qanvermə aksiyasında 10-15 nəfər işitrak etmişdi. Gəncədə növbəti qanvermə aksiyası may ayında keçiriləcək.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti