Azərbaycan, Bakı, 2 may /müx. "TrendLife" E.Hüseynzadə/
May ayının 17-də "Mənim arvadımın adı Morrisdir" tamaşasının primyerası olacaq. Bu haqda "TrendLife"a tamaşanın rejissoru İranə Tağızadə xəbər verib. Tamaşa insanın çətin vəziyyətə düşməsindən bəhs edir. Bu vəziyyətdən çıxmaq üçün insan yalanlara əl atır. Əsas rolları yeddi aktyor: Fuad Osmanov, Maqsud Məmmədov, Yelena Spisina, Alanda Rostoskaya, Nataliya Pışkina, Rüfət Nəzərov və Ömur Nağıyev ifa edirlər.