...

Bodibildinq üzrə Bakıda keçiriləcək qitə birinciliyinə 21 ölkə təmsilçisi qatılacaq

Cəmiyyət Materials 3 May 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Həftəsonu Bakıda keçiriləcək bodibildinq və bodifitnes üzrə Avropa çempionatında 21 ölkədən olan atlet iştirak edəcək.

Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bunyadəliyev Trend ə açıqlamasında bildirib ki, yarışda Rumıniya, Slovakiya, Rusiya, Polşa, Çexiya, Serbiya, İtaliya, Fransa, Almaniya, Bolqarıstan, İspaniya, Litva, Ukrayna, Avstriya, Xorvatiya, İsveçrə, Gürcüstan, Hollandiya, Estoniya və Norveç yığmalarının iştirakı artıq dəqiqləşib.

Eyni zamanda əvvəllər qitə birinciliyində iştirak etmək niyyətini bildirən bəzi ölkələr sonradan istəyini rəsmi şəkildə təsdiq etməyib. Bunların arasında Belçika, Belarus, Moldova və digəriləri var.

Xəbər lenti

Xəbər lenti