...

Şair Musa Yaqubun yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 4 May 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx.Trendlife Eldar Hüseynzadə/May ayının 16-da Rəşid Behbudov adına Mahnı Teatrında şair Musa Yaqubun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Trendlife-ın verdiyi məlumata görə, Musa Yaqub 60-cı illərdən başlayaraq şer yazır. 1970-ci ildə o, SSRİ Yazıçılar İttifaqına üzv olub. 1973-cü ildə isə Azərbaycanda Yazıçılar İttifaqının bədii ədəbiyyatı təbliğ Bürosunun direktor müavini vəzifəsində çalışıb. Musa Yaqub "Azərbaycan" ədəbi jurnalında şöbə müdiri işləyib. Həmçinin azərbaycan və rus dillərində olan 18 şerlər kitabının müəllifidir. "Mirzə Fətəli Axundov" ədəbi mükafatının laureatıdır.

Xəbər lenti

Xəbər lenti