...

AFFA prezidenti: "Azərbaycan UEFA-nın sanksiyalarından qorxmur"

Cəmiyyət Materials 7 May 2007 18:45 (UTC +04:00)
AFFA prezidenti: "Azərbaycan UEFA-nın sanksiyalarından qorxmur"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan UEFA-nın sanksiyaları ilə üzləşməkdən qorxmur. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan Futbol Federasiyaları Assosasiyalarının (AFFA) prezidenti Ramiz Mirzəyev məlumat verib.

"Bizim Azərbaycan-Ermənistan milli komandalarının qarşılışması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. İlk gündən mövqeyimiz belə olub ki, bu oyunların keçirilməsinə etiraz etmirik. Amma bu oyun neytral meydancada, üçüncü ölkənin ərazisində baş tutmalıdır. Biz istənilən ölkədə Ermənistan yığması ilə oynamağa hazırıq", -deyə Mirzəyev əlavə edib.

AFFA prezidenti vurğulayıb ki, Azərbaycan bu oyunların keçirilməsi üçün hər iki tərəfi qane edən Ukrayna, Avstriya və İsveçrənin namizədliyini irəli sürüb.

Onun sözlərinə görə, iyun ayında UEFA-nın İcrayə Komitəsi məsələyə yenidən baxacaq və müvafiq qərar qəbul edəcək: "Mayın sonunda həm FİFA-nın, həm də UEFA-nın Konqresi keçiriləcək. Həmin konqreslərdə UEFA-nın İcraiyyə Komitəsinin toplantısının harada və nə zaman keçirilməsi haqqında qərar veriləcək".

Mirzəyev deyib ki, bu oyunlarla bağlı Ermənistan tərəfi əvvəlki mövqeyində qalır. Yəni ermənilər Bakıya gəlmək istəyirlər. Lakin bu o demək deyil ki, ermənilər Azərbaycana gələ biləcəklər.

AFFA prezidenti hesab edir ki, ermənilər Azərbaycana gələ bilməyəcəklərini anlayırlar. Sadəcə, məsələni bu cür qoyurlar ki, Azərbaycan məsələdən imtina etsin və beynəlxalq təşkilatlar ölkəmizə saksiya tətbiq etsinlər. O əlavə edib ki, Ermənistan tərəfi Azərbaycana sanksiya tətbiq olunmasına çalışır.

"Biz milli və dövlət mənafeyini hər şeydən üstün tuturuq. Azərbaycana hər hansı sanksiya tətbiq olunacaqsa, biz buna hazırıq və buna gedəcəyik. Çünki bizim üçün torpaqlarımızın azad olunması və qaçqınların öz yerlərinə qayıtması futboldan daha üstündür", -deyə AFFA prezideni vurğulayıb.

2008-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Ermənistan milli futbol komandaları arasında iki görüş keçirilməlidir. Azərbaycan görüşün neytral ölkədə, Ermənistan isə Bakı və Yerevanda keçirilməsində təkid edir. Məsələ ilə bağlı son qərarı UEFA İcraiyyə Komitəsi verəcək.

Xəbər lenti

Xəbər lenti