...

Fərda qadın paltarı geyinməkdən imtina edir

Cəmiyyət Materials 10 May 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /müx. "TrendLife" S.Həşımova/

Fərda Xudaverdiyevin mətbuat konfransında səsləndirdiyi fikirlər pərəstişkarlarını və onu sevməyənləri hələ də narahat edir. Onu da qeyd edək ki, Fərdanın yaradıcılığını Telman Adıgözəlov və Yaşar Nuri kimi sənətkarlar qiymətləndirirlər. Buna baxmayaraq, Fərda öz həmkarlarını sancır. "Biz bəziləri kimi qadın paltarı geyib, "Toy" və ya Cenifer Lopez kimi şoular düzəltmirik. Bu ona işarədir ki, onların yaradıcılığı son həddə çatıb və bu, tamaşaçını aldatmaq kimi çıxır" - deyə Xudaverdiyev bildirib. Fərda həmçinin əlavə edib: "Biz qadın paltarı heç vaxt geyinmərik. Əgər bizim yaradıcılığımız ən son həddə çatarsa, səhnəni atarıq". Nə deyirik, yaşayarıq görərik.

Xəbər lenti

Xəbər lenti