...

Azərbaycan Səhiyyə Nazirliyi həkimləri attestasiyadan keçirməyə tələsmir

Cəmiyyət Materials 10 May 2007 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ Azərbaycan Səhiyyə Nazirliyi hesab edir ki, qısa müddət ərzində həkimlərin məcburi attestasiyasını keçirmək mütləq deyil. Bunu cümə axşamı Azərbaycan səhiyyə nazirinin müavini Sənan Kərimov deyib.

Onun sözlərinə görə, bu gün attestasiya könüllü əsaslarla keçirilir və nə zaman məcburi xarakter daşıyacağı hələ ki, müəyyən edilməyib.

"Əgər bu gün biz bunu bütün həkimlərdən tələb etsək, onların çoxu attestasiyadan keçə bilməyəcək. Çünki attestasiyaya hazırlıq çox vaxt aparır" - deyə o vurğulayıb.

Nazir müavini həmçinin bildirib ki, bu gün Azərbaycanda 28 mindən çox həkim var.

Xəbər lenti

Xəbər lenti