...

Azərbaycanlı voleybolçular "Spring Cup"a məğlubiyyətlə başlayıblar

Cəmiyyət Materials 14 May 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol komandası Brno şəhərində start götürən "Spring Cup" beynəlxalq turnirinə məğlubiyyətlə başlayıb.

İlk görüşdə komandamız birinci və ikinci partiyaları udsa da, sonucda meydandan məğlub ayrılıb. Bu oyunda voleybolçularımızın rəqibləri olan ispanlar 3:3 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandamızda yalnız bir neçə oyunçu əsas heyəti təmsil edirdi. Əksər voleybolçular isə gənclərdən ibarət olub.

Ənənəvi olaraq "Azərreyl" və yığmada libero mövqeyində çıxış edən Valeri Korotenko bu dəfə hücumda oynayıb. Bu isə onu göstərir ki, məşqçilər korpusu heyətlə bağlı eksperimentlərə əl atıb.

Xəbər lenti

Xəbər lenti