...

ABBF prezidenti: Avro-2007-də yığmanın nəticələri bir günlük olmalı deyil

Cəmiyyət Materials 14 May 2007 18:52 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycan yığma komandasının bodibildinq, klassik bodibildinq və qarışıq cütlər üzrə Avropa çempionatında göstərdiyi nəticə bir günlük olmalı deyil. Milli Federasiya (ABBF) prezidenti Rauf Bünyatəliyev yerli atletlərin beynəlxalq arenada gələcək perspektivlərinə toxunarkən bəyan edib.

O vurğulayıb ki, ümumi komanda hesabında ikinci yeri tutmuş səhnə sahiblərinin çıxışlarının yekunları kulturistlərin yalnız Avropada deyil, həmçinin dünya bodibildinqində də ən yüksək mövqe tutmalarını sübut edir.

"Formanı optimal kondisiyaya gətirmək bacarığında bizim idmançılarımız birmənalı şəkildə ən yaxşıları olub", - deyə R.Bünyatəliyev qeyd edib. Onun sözlərinə görə, müxtəlif çəki dərəcələrində çıxış etmiş Azərbaycan bodibildirlərinin səkkizinci yerdən aşağı düşməmələri də göstəricidir.

Xəbər lenti

Xəbər lenti