...

Gənc Tamaşaçılar Teatrı qastrol səfərində

Cəmiyyət Materials 15 May 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /müx. "TrendLife" E.Hüseynzadə/

Gənc Tamaşaçılar Teatrı Azərbaycanın cənub rayonlarına qastrol səfərinə başlayıb. "TrendLife"ın verdiyi məlumata görə, ilk öncə onlar Cəlilabad mədəniyyət evində çıxış edəcəklər. Tamaşaçılara "Nənəmin kələyi" adlı tamaşa təqdim ediləcək. Tamaşanın rejissoru A.Orucoğludur. Daha sonra Masallıda mədəniyyət evində 2 tamaşa -"Üç cənnət alması" (N.Kazımov) və "Nənəmin kələyi" (A. Orucoğlu) təqdim olunacaq. Həmin tamaşa mayın 16-da Biləsuvarda da göstəriləcək. Bununla da teatrın qastrolu başa çatacaq.

Xəbər lenti

Xəbər lenti