...

Azərbaycanda havanın temperaturu tədricən yüksələcək

Cəmiyyət Materials 15 May 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti mayın 20-dək nisbətən mülayim keçəcək, yağış yağacağı gözlənilmir. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosundan məlumat verilib.

Məlumata görə, hesabat dövründə havanın temperaturu tədricən yüksələcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 20-25, Aran rayonlarında 21-26, dağlıq ərazilərdə isə 18-22 dərəcə olacaq. Bu müddət ərzində rayonlarda gecə və səhər duman olacağı proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti