...

Ümumdünya Səhiyyə Assambleyası çiçək xəstəliyinin ləğv edilməsini müzakirə edəcək

Cəmiyyət Materials 15 May 2007 16:23 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Mayın 14-də Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 60-cı iclası başlayıb. İclasda iştirak etmək üçün 193 ölkədən təxminən 2 min nümayəndə heyəti gəlib. İclasda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ümumi fəaliyyət istiqamətləri müzakirə olunucaq və qlobal problemlər üzrə bir sıra qətnamələr qəbul olunacaq.

BMT-nin məlumatında bildirildiyi kimi, Assambleya xüsusilə quş qripinin profilaktikası üzrə beynəlxalq əməkdaşlıq; vərəm və malyariyaya qarşı mübarizə yolları; malyariyaya qarşı mübarizə gününün təsis edilməsi ilə bağlı təklif; qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə tədbirləri müzakirə edəcək.

Assambleya 1980-ci ildə məğlub edilmiş çiçək xəstəliyinin bir daha ləğv olunması məsələsini də nəzərdən keçirəcək. Bu gün təbii çiçək xəstəlyinin canlı virusunun nümunələri yalnız iki yerdə saxlanılır: Atlantada (ABŞ) və Novosibirsk vilayətində, Koltsovo şəhərində, Rusiya Dövlət Virsuologiya və Biotexnologiya Elmi Mərkəzində.

Ümumdünya Səhiyyə Assambleyası ÜST-in ali orqanıdır. Assambleya təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyən edir və onun maliyyə fəaliyyətinə nəzarət edir. Azərbaycanı Assambleyada səhiyyə naziri Oqtay Şirəliyev təmsil edir. O.Şirəliyev ÜST-in İcra Komitəsinin vitse-prezidentidir.

Tədbir mayın 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti