...

Azərbaycan Ombudsmanının nümayəndələri cəzaçəkmə müəssisəsində monitorinq keçirib

Cəmiyyət Materials 15 May 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva /Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovaya ünvanlanmış müraciətlərin araşdırılması, habelə məhkumların saxlanma şəraiti ilə tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər.

Çərşənbə axşamı Ombudsman Aparatından bildirilib ki, Ombudsmanın nümayəndələri müəssisənin yataqxanasına, sanitar hissəyə, yeməkxanaya, kitabxanaya, kluba ümumi baxış keçirib, cərimə təcridxanasında, habelə kamera tipli otaqlarda saxlanılan məhkumlarla görüşüblər. Onlar müəssisənin emalatxanasında da olub, istehsalat sahəsində çalışan məhkumlarla görüşüblər.

Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini bildiriblər.

Müvəkkil Aparatının əməkdaşları həmçinin daxil olmuş müraciətləri araşdırılıb. Araşdırma zamanı müraciət edən məhkumlar onlara qarşı hər hansı fiziki təzyiqə, zorakılığa yol verilmədiyini, müəssisədə saxlanma şəraitindən şikayətlərinin olmadığını deyib, bəziləri azadlıqdan məhrum edilmələrinə dair məhkəmə hökmlərindən narazılıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti