...

AFFA "Turan"ı min AZN məbləğində cərimələyib

Cəmiyyət Materials 15 May 2007 18:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/"Turan" futbol klubu, AFFA-nın İntizam Komitəsinin növbəti iclasının yekunlarına əsasən, min AZN məbləğində cərimələnib.

Trend in məlumatına əsasən, komandaya bu cəza ölkə çempionatında "Xəzər"ə qarşı 2:3 hesabla uduzulmuş matç zamanı lazımi təhlükəsizliyi təmin etmədiyinə görə verilib. Həmçinin oyunun 71-ci dəqiqəsində meydana tribunalardan kənar əşyalar atılıb. Bu da görüş müfəttişinin müvafiq raportunda qeyd olunub və kollektivin cərimələnməsinə səbəb olub. Eyni zamanda lənkəranlılar Assosiasiyanın xəzinəsinə meydanı vaxtından əvvəl tərk edən, iki sarı vərəqə almış müdafiəçi Füzuli Məmmədova görə də iki yüz AZN ödəməli olacaq.

"Olimpik"ə qarşı görüş zamanı yarımmüdafiəçi Valdas Trakisin meydandan uzaqlaşdırılması ilə bağlı "İnter" də iki yüz AZN məbləğində cərimələnib.

Xəbər lenti

Xəbər lenti