...

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavininin apellyasiya şikayəti üzrə proses başlayacaq

Cəmiyyət Materials 16 May 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini Gülməmməd Məmmədov və digər 23 nəfərin barəsindəki məhkəmə hökmündən verilmiş apellyasiya şikayəti üzrə mayın 24-də Apellyasiya Məhkəməsində hakim Qəzənfər Kərimovun sədrliyi ilə proses başlayacaq. Çərşənbə günü Apellyasiya Məhkəməsindən Trend ə bildirilib ki, proses təqsirləndirilənlərin iştirakı ilə keçiriləcək.

Məmmədovla bərabər eyni cinayət işi üzrə təqsirləndirilmiş Penitensiar Xidmətin İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov, Bazanın sabiq mühasibləri Rafiq Cəfərov, Elman Məmmədov və daha bir neçə nəfər barələrində çıxarılmış hökmdən narazıdırlar və məhkəməyə apellyasiya şikayətləri veriblər.

Cabbarov və Məmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə),309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinərək 12, Cəfərov və Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin 20 üzvü isə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar.

Xəbər lenti

Xəbər lenti