...

Azərbaycan voleybolçuları "Spring Cup" turnirinin finalına yüksəliblər

Cəmiyyət Materials 16 May 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması Brno şəhərində keçirilən "Spring Cup" beynəlxalq turnirinin finalına yüksəlib.

Federasiyadan verilən məlumata görə, qrup mərhələsinin sonuncu görüşündə idmançılarımız Çexiyanın "Qala" universitetinin təmsilçilərini məğlub edərək final vəsiqəsini qazanıblar. Öz növbəsində ispanlar meydan sahiblərini udublar və indi kuboku qazanmaq üçün Faiq Qarayevin yetirmələri ilə üz-üzə gələcəklər. Qeyd edək ki, voleybolçularımız qrup çərçivəsində artıq ispanlarla görüşüb və 2:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, məşqçilər korpusu heyətlə bağlı eksperimentlər apardığı üçün yığmamız Çexiyaya ikinci heyətlə yollanıb. Heyətə əsas oyunçulardan yalnız Valeriya Korotenko cəlb edilib.

Xəbər lenti

Xəbər lenti