...

İşgəncələr Əleyhinə Komitənin sədri Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında monitorinq keçirib

Cəmiyyət Materials 18 May 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov cümə günü Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında monitorinq keçirib. Behbudov Trend ə bildirib ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevlə, "Tolışi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovla və Elxan Sadıqbəyli ilə görüşüb. Həmin şəxslər saxlanma şəraitindən və təcridxana əməkdaşlarının onlara münasibətindən şikayətçi olmayıblar.

Sabiq nazir məhkəmə prosesinə rəhbərlik edən hakimlərdən və prokurordan ona təzyiqlər olunduğunu deyib. Fərhad Əliyev ürək ağrılarından əziyyət çəkdiyini deyib.

Məmmədov da özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib. Behbudov bildirib ki, baş redaktor prostat vəzindəki xəstəlikdən və yüksək təzyiqdən əziyyət çəkir.

Adıçəkilən şəxslər özlərini ittiham olunduqları cinayətlərdə təqsirli bilməyiblər.

Xəbər lenti

Xəbər lenti