...

"Mən müəllif, prodüsser, qrim ustası, aradabir isə yükdaşıyanam"-Müşfiq Abbasov

Cəmiyyət Materials 22 May 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /mx.TrendLife Eldar Hüseynzadə/"Bu şəhərdə" Minsk və Krasnoyarskdan qastrol səfərindən qayıdıb. Coşğun Rəhimov və Rafael Dadaşovun çıxışlarından onların dəyişilməz müəllifi və prodüsseri çox razı qalıb. Həmişəki kimi, bu dəfə də səfər sərgüzəştsiz keçməyib. Bunlar haqqında daha ətrafla TrendLife-a Müşfiq Abbasov özü danışdı.

- Bildiyimizə görə, əvvəlcə Minskdə olmusunuz...

- Bəli, mayın 9-da orda konsert verdik. Bu konsert nəinki Qələbə gününə, hətta Respublika gününə həsr edilirdi. Belarusun paytaxtında böyük zalda həmyerlilərimiz də, xarici qonaqlar da var idi. Bizim çıxışımız ümumilikdə 3 saat 15 dəqiqə çəkdi.

- Deməli, balaca konsert deyildi. Lap Bakıdakı kimi...

- Bakıdakı kimi bizi Azərbaycan müğənnilərindən Flora, Günəş, Şamil, Əzizə və rəqs kollektivi təbrikə gəlmişdilər.

- Səhv etmirəmsə, Günəş Azərbaycandan yeganə müğənni kimi Avrovijiona getməli idi. O, həm də Belarusda keçirilən müsabiqədə qalibiyyətə bir addım qalmış nədənsə dayandı. Siz onun haqqında nə deyə bilərsinz?

- Çox maraqlı müğənnidir. Bizim konsertlərdə həm Azərbaycan, həm də rusca mahnılar oxuyurdu. O, çox yaxşı rok janrında "Ayrılıq" mahnısını oxuyub. Ümumilikdə çox yaxşı təəssürat bağışlayır.

- Qayıdaq sizin konsertə. Siz Minsk tamaşaçılarını hansı nömrələrlə sevindirdiniz?

- "Doğum evi". Ən yaxşı nömrələr "İmtahan", "Toy", "Tanışlıq", həmçinn belaruslu azərbaycanlılar üçün xalq mahnılarından ibarət popurilər. Təşkilati dəstəyə görə Azərbaycanın Belarusdakı fövqaladə və səlahiyyətli səfiri Əli Nağıyeva, Belarusdakı Azərbaycan konqreslərinin rəhbəri Natiq Bağırova, "Qobustan" Azərbaycan cəmiyyətinin rəhbəri Bəxşi Qəmbərova öz minnətdarlığımızı bildririk. Yeri gəlmişkən, Natiq Bağırova Belarusda böyük hörmət edirlər. Sizə indi misallarla deyim. Biz konsertdən sonra restorana getdk ki, qeyd edək. Əgər bilmirsinizsə, Natiq Bağırov tanınmış cüdoçu, samboçu, Azərbaycan çempionu, Belarusda cüdo üzrə mill yığmanın baş məşqçisidir. Və biz restorana gedəndə Natiqi görən kimi başladılar alqışlamağa, onun haqqında xoş sözlər deməyə. Onu da deyim ki, o biri keçmiş sovet ölkələrinə nisbətən burda azərbaycanlılar daha sakit və yaxşı yaşayırlar.

- Bu səfər xoşunuza gəldimi? Axı birinci dəfə deyil ki, qastrola gedirsiz.

-Allah eləsin "Bu şəhərdə"nin bütün konsertləri Belarusda keçirildiyi kimi uğurlu olsun.

- Sonra isə Krasnoyarska yollandınız...

- Bəli, biz orda da həmin nömərələrlə çıxış etdik. Sadəcə popurilər dəyişik idi. Təşkilati dəstəyə görə "Azəri" cəmiyyətinə və onun əməkdaşı Mehdi Xaçmazlıya minnətdaram.

- Konsertin aparıcısı kim idi?

- Özüm (gülür).

- Siz həm də müəllif, həm prodüsser...

- Qrim ustası, arada da yükdaşıyan (gülür). Biz istədik ki, bütün yükümüzü o dəqiqə Minskə göndərək. Problem bircə o oldu ki, Bakı-Minsk birbaşa reysinə çata bilmədik. Ona görə də nəqliyyatı dəyişməklə getməli olduq. İstədik ki, yüklərimizi birbaşa Moskvadan göndərək. Bu da alınmadı. Sən demə, Minsk yeganə aeroportdur ki, tranzitlə yükü qəbul edir. Məcbur olub Coşğunu, Rafaeli, musiqi rəhbərimiz Eldar Məmmədovu yeddi çamadan pal-paltarla bu aeroportan o birisinə daşımalı oldum. Bu elə çətin idi ki.

"Bu şəhərdə"nin sərgüzəştləri bununla bitmədi. Sizə bir qorxulu sirr də açım. Rafael təyyarə uçuşlarına dözə bilmir. Onda əməlli-başlı aerofobiya var. Belə sərnişinlərə uçuşdan əvvəl xüsusi dərmanlar verirlər. Bu dərmanı içəndə adam özündə olmur və onunla nə baş verdiyini anlamır. Beləliklə, Minskdə nəqliyyat dəyişməklə 5 saata uçduq. Dərmanlar isə 8 saat insana təsir göstərir. Biz hələ 3 saat da uça bilərdik. Təyyarədən düşən kimi səhər yeməyinə getdik. Rafael əvvəl özünə makaron, kələm dolması, düyü sifariş verdhi və bunların hamısnı süd ilə qarışdırdı. Bunu görən Coşğun soruşdu: "Rafael, sən nə edirsən?" "Yemək, yemək istəyirəm. Nə idi ki?" - deyə Rafael ona sakit cavab verdi. Biz çox çətinliklə Rafaeli qabdan ayırıb, yatmağa uzandırdıq. Ayıldıqdan sonra o, nələr etdiyini xatırlaya belə bilmədi. Heç nə yadında qalmamışdı.

Xəbər lenti

Xəbər lenti