...

Balaş Qasımovun komandası tamaşaçıları məğlub etdi

Cəmiyyət Materials 26 May 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx.TrendLife Eldar Hüseynzadə/Dünən Moskvada "Nə? Harda? Nə vaxt?" yay oyunları ikinci yığma komandası öz işini bitirib. TrendLife-ın verdiyi məlumata görə, "Nə? Harda? Nə vaxt?" oyunçuları tamaşaçıları 6:1 hesabı ilə məğlub edib. Ən əsası isə komandada hazırda Moskvada yaşayan bakılı oğlan Dmitri Avdeenko özünü lap yaxşı göstərib.

Ümumiyyətlə, komanda çox ürəkli oynayıb və yüksək nəticələr əldə edib . Finala çıxmaq üçün Balaş Qasımovun komandası gələn həftə Maksim Pataşovun da komandası ilə yarışmalıdır. Düzdür, bu oyunda bizim komandanı udmaq şansı az ola bilər. Çünki Pataşovun komandasının arada heç cavabı belə olmur.

Xəbər lenti

Xəbər lenti