...

Tatlısəs çıxışı üçün Nüşabə xanımdan pul götürməyib

Cəmiyyət Materials 2 İyun 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. " Kəmalə Əmiraslanova/ Türk pop-estradasının ulduzu İbrahim Tatlısəsi öz toyunda görmək hər kəsə nəsib olmur. Ancaq müğənnimiz Nüşabə Ələsgərli buna nail olub. Bəs türk müğənnisi hansı məbləğlə gəlməyə razılaşıb? "TrendLife"a müsahibəsində müğənni bildirib ki, oğlunun kiçik toyuna Tatlısəs elə-belə gəlib, yəni bir qəpik pul götürməyib. "Mən Tatlısəslə çox yaxşı münasibətdəyəm. Onun meneceri isə mənim ən yaxın dostumdur. Mən onlarla Türkiyədə klip çəkilişləri zamanı tanış olmuşam. Müğənnini toya dəvət etmək isə mənim çoxdanki arzum olub. Bu haqda mən heç kimə heç nə deməmişdim. Mən onun yaradıcılığını çox sevirəm. Mən ona minnətdaram ki, mənim təklifimi qəbul etdi. İbrahim bəy çıxışına görə məndən pul götürmədi. Ancaq onunla birgə orkestri və vokalçıları gəlimişdi... Mən ancaq avia biletləri və mehmanxana xərclərini öz üzərimə götürmüşdüm" - deyə Nüşabə xanım məlumat verdi.

Xəbər lenti

Xəbər lenti