...

Azərbaycan yığmasının Avropa çempionatının final mərhələsinə çıxmaq şansı azalıb

Cəmiyyət Materials 4 İyun 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın gənclərdən ibarət futbol üzrə yığması (U-19) Avropa çempionatının final mərhələsinə çıxmaq şanslarını xeyli çətinləşdirib.

Trend in xəbərinə görə, ilk qarşılaşmada Norveç yığmasını 2:1 hesabı ilə məğlub edən Arif Əsədovun yetirmələri ikinci oyunda ispanlara məğlub olublar. Hələ oyundan əvvəl Pireneylərin təmsilçiləri görüşü favoritləri sayılırdı. Fasiləyə kimi futbolçularımız bir top buraxsalar da, ispanların hücumlarının qarşısını çətinliklə ala bilirdirlər. İkinci hissədə isə müdafiəmiz tab gətirə bilmədi və qapımıza daha iki qol vuruldu.

Beləliklə, ispanlar qrupda liderdiyi ələ keçirə biliblər. Azərbaycan yığmasının aktivində isə yenə də üç xal var.

Xəbər lenti

Xəbər lenti