...

Azərbaycanda hərbi çağırış qaydalarında dəyişikliklər ediləcək

Cəmiyyət Materials 4 İyun 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis hərbi çağırış qaydalarında dəyişiklik edəcək. Bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Siyasvuş Novruzov məlumat verib.

"Alternativ xidmət haqqında" qanunda nəzərdə tutulur ki, bu işi məhkəmələr müəyyənləşdirsin. Çünki bu xidmət növü ilə bağlı çağırışçıların yararlı olub-olmamasını müəyyənləşdirmək üçün komissiyaların tərkibinə psixiatrlar və digər mütəxəssislər daxil edilməlidir. Bu baxımdan parlamentin payız sessiyasında həmin tərkibin yenidən formalaşdırılması məsələsinə baxıla bilər".

Novruzov əlavə edib ki, belə bir dəyişikliyin edilməsində məqsəd həmin tərkibin dünya ölkələrində olan strukturalara uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, dünyada beş dövlətdə - Böyük Britaniya, Niderland, Yaponiya, ABŞ və digərlərində çağırış məntəqələri yoxdur. Onlarda könüllülük, müqavilə əsasında muzdlu hərbi xidmətdir: "Qalanlarda isə çağırış sistemi forması var və buna uyğun şəkildə də komissiyalar formalaşır. Biz də çalışırıq ki, həmin komissiyalar Türkiyə və digər dövlətlərin modellərinə uyğunlaşdırılsın. Bizim ordu artıq NATO standartlarına keçir. 2007-ci ildən artıq bütünlüklə NATO standartlarına keçmişik. Məhz bu baxımdan hərbidə təchizat və təhsil kimi, hərbi çağırış sistemi də NATO standarlarına uyğunlaşdırılacaq".

Hərbi çağırışın bələdiyyələlərə həvalə edilməsinə gəlincə, deputat əlavə edib ki, bu mümkün deyil: "Heç bir ölkədə çağırışın reallaşdırılması bələdiyyələrə həvalə edilmir".

Xəbər lenti

Xəbər lenti