...

Naxçıvandan olan namizədlər Vəkillər Kollegiyasına qəbul olunmaq üçün and içəcəklər

Cəmiyyət Materials 4 İyun 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Vəkilliyə keçirilmiş imtahanlarda uğur qazanmış Naxçıvan Muxtar Respublikasından olan namizədlər iyunun 8-də and içəcəklər. Vəkillər Kollegiyasından bazar ertəsi Trend ə verilən məlumata görə, Rəyasət Heyətinin iclasında uğur qazanmış 8 namizəd Vəkillər Kollegiyasına üzv qəbul olunacaqlar. Respublikanın digər regionları üzrə vəkillərin Kollegiyaya qəbulu isə namizədlərlə müsahibə yekunlaşandan sonra həyata keçiriləcək.

İmtanahlarda uğur qazanmış 90 nəfər hüquqşünas müsahibədən keçərək Kollegiya üzvlüyünə təqdim olunublar. Mayın 4-dən başlamış müsahibədə (söhbət) 108 namizəd iştirak edib. Namizədlərdən 90-ı müsahibədə müsbət nəticə göstərib, 18 nəfər isə müsahibədən keçməyib. Müsahibənin iyunun sonunadək davam edəcəyi nəzərdə tutulub.

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Mayın 4-də Naxçıvanda 9 namizədlə keçirilmiş müsahibənin nəticələrinə görə, 8 namizəd uğur qazanıb.

Müsahibə Komissiyası 11 nəfərdən təşkil olunub. Komissiya üzvlərinin 5-i vəkillərdən, 3-ü alimlərdən, 3-ü isə hakimlərdən ibarətdir.

Azərbaycan Vəlillər Kollegiyasının 540 üzvü var. Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Xəbər lenti

Xəbər lenti