...

Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan əsgərinə göndərilən məktub geri qaytarılıb

Cəmiyyət Materials 5 İyun 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan əsgərinə valideynlərinin yazdığı məktub geri qaytarılıb. Samir Məmmədovun əmisi Vidadi Məmmədov Trend ə bildirib ki, əsirin valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisində olublar. Onlra BQXK-nin Yerevandakı nümayəndəliyinin əməkdaşlarının mayın 31-də S.Məmmədovla görüşdüklərini bildiriblər. Lakin valideynlərə məktubun geri qaytarılmasının səbəbləri barədə məlumat verilməyib.

Bundan narazılığını bildirən V,Məmmədov BQXK-nin Yerevan nümayəndəliyinin fəaliyyətinin obyektivliyinə inanmadıqlarını və Samirlə bağlı məlumatların düzgün çatdırılmadığını deyib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş S.Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. S.Məmmədov valideynlərinin yazdığı sonuncu məktublara cavab yazmayıb. Əsirin valideynləri ona ermənilər tərəfindən təzyiq olunduğunu və məktubların ona çatdırılmadığını iddia edir.

Qazax rayonundakü N saylı hərbi hissənin əsgəri, Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan S.Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti