...

"Bakı"-"Daçia" matçını macarıstanlı hakimlər briqadası idarə edəcək

Cəmiyyət Materials 5 İyun 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ İyunun 23-də Tofiq Bəhrəmov adına Respublika stadionunda "Bakı"nın İntertoto kubokunun ilk mərhələsi çərçivəsində Moldovanın "Daçia" klubuna qarşı oyunu Macarıstandan olan arbitrlər briqadası idarə edəcək.

AFFA-dan verilən xəbərə görə, baş hakim Ferents Bede, laysmenlər isə Zoltan Tompos və İştvan Albert olacaq. Dördüncü hakim rolunda isə azərbaycanlı hakim çıxış edəcək.

Milli birinciliyin bürünc medallarını qazanan "Bakı" klubu ilk dəfə İntertoto kubokunda iştirak edəcək. Klub buradan UEFA Kubokuna vəsiqə qazanmağa çalışacaq. Bunun üçün hazırda qısamüddətli məzuniyyətdə olan Böyükağa Hacıyevin yetirmələri üç mərhələ adlamalıdır.

Xəbər lenti

Xəbər lenti