...

Gənc yazıçılar yeni layihəyə qoşulur

Cəmiyyət Materials 6 İyun 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Maraqlı yeni bir layihə Mədəniyyət Nazirliyinin xətti ilə MDB ölkələrinə səfərə hazırlaşır. Mədəniyyət naziri Əbülfəz Qarayevin "TrendLife"a verdiyi məlumata görə, son görüş zamanı MDB ölkələrindən olan bir yazıçının hər hansı bir əsərinin əvvəl rus dilində tərcümə edilib çap olunması, sonra isə həmin əsərin MDB-yə daxil olan bütün dövlətlərin dilinə tərcümə edilməsi barədə qərar qəbul edilib. Yazıçının yaş məhdudiyyəti - 35 yaşdır.

Xəbər lenti

Xəbər lenti